!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çevriliş cəhdinin 6-cı İLDÖNÜMÜ: “FETÖ-nün kökünü kəsmək heç də asan proses deyil” – AKP millət vəkili

!Reklam – Yazi

“Son illərdə Türkiyənin təhsil, ədliyyə sistemləri, o cümlədən, güc strukturları böyük ölçüdə FETÖ-çülərdən təmizlənib”.

Bu fikirləri FETÖ terror şəbəkəsinin 2016-cı il iyulun 15-də əl atdığı uğursuz çevriliş cəhdindən ötən müddətdə Gülənçilərin zərərsizləşdirilməsi istiqamətində görülən işləri dəyərləndirən hakim AKP-dən olan millət vəkili Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, FETÖ-nün kökünün tamamilə kəsilməsi asan proses olmasa da bu yöndə çox ciddi nəticələr əldə edilib:

“Öncə xain terror şəbəkəsinin çevriliş cəhdinin qarşısını alarkən, canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bildiyiniz kimi, 2016-cı il iyulun 15-də FETÖ-nün Türkiyədə Konstitusion quruluşu dəyişmək üçün əl atdığı çevriliş cəhdinin qarşısı hörmətli prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, xalqın sarsılmaz iradəsi sayəsində alındı.

Əlbəttə, bundan sonra ötən əsrin 70-ci illərindən etibarən, təşkilatlanan, bütün dövlət strukturlarına, əsasən də, təhsil, ordu və ədliyyə sistemlərinə sızmış FETÖ-çülərin aşkarlanaraq zərərsizləşdirilməsi yetərincə çətin məsələdir. Eyni zamanda, FETÖ-nün kökünü kəsmək heç də asan proses deyil.

Ancaq buna baxmayaraq, dövlətin gördüyü tədbirlər nəticəsində onların böyük qismi təsbit edilib, cinayət törədənlər məhkəməyə çıxarılıb və layiqli cəzalarını alıblar. Deməliyəm ki, Son illərdə Türkiyənin təhsil, ədliyyə sistemləri, o cümlədən güc strukturları böyük ölçüdə FETÖ-çülərdən təmizlənib. Ancaq proses ciddi qaydada davam etdirilir.

Bu gün Türkiyədə Demokratiya və Həmrəylik Günü kimi qeyd olunur. O səbəbdən, ölkənin səksən bir vilayətində, bütün böyük şəhərlərimizdə geniş tədbirlər, mitinqlər keçiriləcək. İnşallah, Türkiyə bir daha belə bir xain çevriliş cəhdi ilə üzləşməz”.

A.Zeynalov

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv