Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Çevrilişin qarşısını Ərdoğanın cəsarəti aldı” - Keçmiş nazir

“Dövlətin bütün mühüm qurumlarında möhkəmlənən gülənçilərin çevrilişə təşəbbüs etmələri gözlənilən idi”.

Bu sözləri FETÖ terror şəbəkəsinin bir il əvvəl Türkiyədə həyata keçirtməyə çalışdığı çevriliş cəhdini Yenicag.Az-a şərh edən sabiq təhsil naziri Firudin Cəlilov dilə gətirib.

Keçmiş nazirin fikrincə, tədricən “dövlət içində dövlət” qurmağa nail olan gülənçilərin günlərin birində hakimiyyəti zəbt etmək üçün hərəkətə keçəcəkləri təxmin olunurdu:

“Bilirsiniz ki, Gülən tərəfdarları neçə illər ərzində dövlətin əsas qurumlarında yerləşdiriliblər, ən yüksək vəzifələri əldə etməyə nail olublar.

İndi üzə çıxan məqamlardan da aydın görünür ki, fətullahçılar dövlət içində dövlət yaratmağa nail olublar və məqam düşən kimi də hakimiyyəti zəbt etməyə cəhd göstərdilər.

Açıq deyək ki, çevrilişin baş tutmamasında prezident Ərdoğanın cəsarətli davranışı həlledici oldu. Onun özü xalqı meydanlara səslədi və gülənçilərə qarşı hərəkatı birbaşa idarə etdi. Eyni zamanda, təbii ki, burada türk millətinin əzmini, iradəsini də mütləq qeyd etmək lazımdır.

İnanaq ki, Türkiyə dövlətinə qənim kəsilən bütün çevrələr üzə çıxarılacaq və zərərsizləşdiriləcək”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

804
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM