!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çexiya ABŞ-dən 24 ədəd F-35 qırıcısı alacaq

!Reklam – Yazi

Çexiya hökuməti ABŞ-dən 24 ədəd F-35 səsdən sürətli qırıcı təyyarə almağa qərar verib.

Yenicag.az xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala mətbuat konfransında bildirib.

“İlk təyyarələr 2029-cu ildə hazır olacaq, pilotlarımız ABŞ-də bu qırıcılarla təlimlərə başlayacaq. 2031-ci ildə ilk qırıcılar Çexiyaya gələcək, 2035-ci ildə isə 24 təyyarənin hamısı ordumuzun arsenalında olacaq. Bu məsələdə ordunun tövsiyəsi əsasında hərəkət edirik. Hökumət vətəndaşlarımızın və bütövlükdə ölkəmizin təhlükəsizliyini təmin etməyi əsas öhdəliklərindən biri hesab edir. Bunu etməyin ən yaxşı yolu isə ordunu modernləşdirməkdir”, – o deyib./Report/

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv