!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çexiya Şengen vizası olan ruslara qapılarını bağladı

!Reklam – Yazi

Çexiya bu gündən etibarən Şengen vizası olan Rusiya vətəndaşlarının mədəniyyət, idman və turizm məqsədləri üçün ölkəyə daxil olmasına icazə verməyəcək.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın Ukraynada başlatdığı müharibəyə etiraz olaraq Şengen vizası olan rusların ölkəyə buraxılmayacağını və bununla bağlı qərarın 5 tərəfdaşlı koalisiya hökuməti tərəfindən alındığını bildirib.

Çexiyaya hər gün orta hesabla 200-ə yaxın Rusiya vətəndaşının müxtəlif beynəlxalq hava limanlarından gəldiyi barədə məlumatı paylaşan Lipavski, qadağanın bütün Rusiya vətəndaşlarına şamil edildiyini, turistlərlə yanaşı mədəni və idman fəaliyyətləri üçün gələnlərin də qadağadan təsirlənəcəyini qeyd edib.

Beləliklə, Çexiya Ukraynadakı müharibəyə görə sərhədlərini Rusiya vətəndaşlarına bağlayan Polşa və Finlandiya kimi ölkələrə qoşulmuş olub.

Humanitar vəziyyətlər istisna olmaqla, fevralın 24-də müharibə başlayandan bəri Çexiya hakimiyyəti tərəfindən Rusiya vətəndaşlarına viza verilməsi də dayandırılmışdı.

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv