!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ceyhun Bayramov Albaniya XİN rəhbəri ilə görüşüb - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Albaniya XİN rəhbəri İgli Hasani ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

Qeyd olunub ki, tərəflər Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu çərçivəsində görüşüblər. Nazirlər Azərbaycan və Albaniya arasında münasibətlərin cari vəziyyətini və əməkdaşlığın perspektivlərini müzakirə edib, yeni tərəfdaşlıq sahələrinə xüsusi diqqət yetiriblər.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşüb.

Yenicag.az xəbər verir ki, nazir bu barədə özünün rəsmi “X” sosial şəbəkə hesabında paylaşım edib.

Ceyhun Bayramov Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı çağırış edib.

“Ermənistan Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir”, – deyə o bildirib.

Nazir regional və beynəlxalq hadisələr barədə danışdıqlarını da əlavə edib.

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv