!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü

!Reklam – Yazi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın XİN rəhbəri “Twitter“də yazıb.

Nazir qeyd edib ki, Bujar Osmani ilə səmərəli görüş baş tutub:

“ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə Ukraynanın bərpası ilə bağlı konfrans çərçivəsində görüşdən məmnun oldum. Biz Azərbaycan-Makedoniya ikitərəfli münasibətlərinin gündəliyini, ATƏT çərçivəsində əməkdaşlığı, eləcə də regionumuzdakı münaqişədən sonrakı vəziyyəti müzakirə etdik”, – deyə Bayramov yazıb.

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv