!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ceyhun Bayramov fransalı nazirə cavab verdi

!Reklam – Yazi

“Fransalı həmkarım xanım Ketrin Kolonna mətbuat konfransında Azərbaycana birtərəfli çağırış etdi. O, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad etdi”.

Yenicag.az-ın məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan öz Konstitusiyası ilə müəyyən edilən suveren hüquqlarından istifadə edir. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına gəlincə, orada Laçın yolu üzrə yük, sərnişin və humanitar daşınma məqsədləri qeyd olunur”, – deyə nazir əlavə edib.

K.Kolonna da bir daha məsələyə münasibət bildirib.
“Cənab nazir, mən Fransanın mövqeyini çatdırıram. Regionda sülhü irəliyə aparmaq lazımdır. Beynəlxalq Ədalət Məhkəməsinin qərarları beynəlxalq hüququn tərkib hissəsidir. Azərbaycan da, Fransa da beynəlxalq hüquqa hörmət edirlər”, – deyə fransalı nazir bildirib.

Qeyd edək ki, Ketrin Kolonna mətbuat konfransında Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurmasına etiraz səsləndirib.

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv