Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

Reklam: High Technic

Sentyabrın 8-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Polşanın ölkəmizdəki səfiri Rafal Poborski ilə görüşüb.

XİN-dən Yenicag.az-a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli əməkdaşlıq münasibətlərindən bəhs edib, bu xüsusda ali səviyyədə həyata keçirilən səfər mübadilələrinin əməkdaşlığın inkişafına təkan verdiyini bildirib.

Cari ildə dünyanın üzləşdiyi pandemiyaya rəğmən ölkələrimiz arasında əməkdaşlığın davam etdirildiyini vurğulayan nazir bu xüsusda Polşa tərəfindən Azərbaycana COVID-19 ilə mübarizə çərçivəsində göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.

Səfir Rafal Poborski, öz növbəsində, Polşanın Xarici İşlər naziri Zbiqnev Raunun səmimi təbriklərini nazir Ceyhun Bayramova çatdırıb. Diplomat ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər Azərbaycan ilə Polşa arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

C.Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti, təcavüzkar ölkənin işğal etdiyi ərazilərdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, Ermənistan silahlı qüvvələrinin iyulun 12-16-da iki ölkə sərhədində törətdiyi hərbi təxribatı, eləcə də Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

R.Poborski Polşanın Şərq Qonşuluğu ölkələrində sabitliyin təmin edilməsində maraqlı olduğunu deyib və ölkəsi üçün beynəlxalq hüquqa hörmət prinsipinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

www.yenicag.az

250