!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu mətbuat konfransı keçirirlər - YENİLƏNDİ 3 

!Reklam – Yazi

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyətinin yerləşdiyi qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kahramanmaraş şəhərindəki Kordinasiya Mərkəzində mətbuat konfransı keçirir.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hər iki nazir baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması istiqamətində aparılan axtarış-xilasetmə işlərindən danışır.

*** 14:53

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Qəhrəmanmaraş şəhərindəki Mobil səhra hospitalına gəliblər.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hər iki nazir hospitalda yaradılmış şəraitlə yaxından tanış olublar.

Daha sonra Bayramovla Çavuşoğluna mobil səhra hospitalında xəstələrə göstərilən yardımlar barədə məlumat verilib.

Qəhrəmanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.

*** 13:29

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Qəhrəmanmaraş şəhərində qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kriz Mərkəzinə gəliblər.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hər iki nazir Mərkəzdə yaradılmış şəraitlə tanış olublar.

Daha sonra C.Bayramovla M.Çavuşoğluna şəraitlə bağlı məlumat verilib.

Qəhrəmanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.

*** 12:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Qəhrəmanmaraş şəhərinə gəlib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Qəhrəmanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv