!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ceyhun Bayramov Vladimir Orliçlə görüşdü

!Reklam – Yazi

Noyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yenicag.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Serbiya arasındakı mövcud ikitərəfli münasibətlərin inkişaf perspektivləri və parlamentlərarası müstəvidə əlaqələr müzakirə edilib.

Söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov əlaqələrin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunu bildirib.

Bununla əlaqədar, çoxtərəfli platformalarda iki ölkənin bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstək vurğulanıb.

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasından söz açan nazir Ceyhun Bayramov qarşılıqlı səfərlərin münasibətlərin inkişafında mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Parlamentlərarası müstəvidə Milli Assambleyanın sədri V.Orliçin bu il baş tutmuş işgüzar və rəsmi səfərləri, habelə Milli Məclisin sədri Sahibə Qafarovanın Serbiyaya rəsmi səfəri xatırlanıb.

Ölkələrimiz arasında iqtisadi, enerji, ticarət dövriyyəsinin artırılması, informasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov bu sahədə geniş inkişaf potensialının olduğunu vurğulayıb, bu baxımdan Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın 24 saat ərzində həyata keçirdiyi antiterror tədbirlərini şərtləndirən amillər, bölgədə hazırkı vəziyyət və Ermənistanla sülh prosesinin perspektivləri barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv