!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"ChatGPT" indi bunu da BACARACAQ: Yenilənmiş data...

!Reklam – Yazi

Süni intellektli söhbət robotu “ChatGPT”nin artıq real vaxt məlumatlarına daxil ola biləcəyi açıqlanıb.

Yenicag.az xəbər verir ki, “OpenAI” tərəfindən hazırlanan “ChatGPT” indiyədək cavablarına yalnız 2021-ci ilin sentyabr ayına qədər olan məlumatları daxil edə bilərdi. Bu gündən etibarən isə robotun “premium” istifadəçiləri suallarına real vaxt rejimində cavab ala biləcəklər.

Başqa sözlə desək, istifadəçilər artıq çatbotdan cari hadisələrlə bağlı sual verə və xəbərləri buradan izləyə biləcəklər.

Çatbotun pulsuz “GPT-3.5” versiyasında ən son məlumatlara daxil olub-olmadığını soruşduqda: “Bağışlayın, mənim məlumatların kəsilmə tarixinə 2021-ci ilin sentyabr ayına qədər məlumatlar daxildir və bu tarixdən sonra yeniləmələrə çıxışım yoxdur”, deyir.

“OpenAI” yenilənmiş məlumat funksiyasının tezliklə bütün istifadəçilər üçün əlçatan olacağını bildirib. Bu həftənin əvvəlində verdiyi açıqlamada şirkət səsli söhbət xüsusiyyətinin tezliklə “ChatGPT”yə əlavə ediləcəyini açıqlayıb.

Xatırladaq ki, “ChatGPT” və bənzər süni intellekt “Chatbot”lar istifadəçilərə mümkün qədər “insana bənzər” cavablar vermək üçün böyük həcmdə məlumatlardan istifadə edir.

Nəsimi Ələsgərli

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv