!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

CIA və MOSSAD-ın Qətər SINAĞI: Qəzzada atəşkəs rejimi uzadılacaqmı?

!Reklam – Yazi

ABŞ və İsrailin kəşfiyyat xidməti rəhbərləri Qəzzada qüvvədə olan atəşkəs rejiminin uzadılması ilə bağlı danışıqlar üçün Qətərdə bir araya gəlir.

Yenicag.az “The Guardian”a istinadən xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns və MOSSAD-ın rəhbəri Devid Barneanın Qətər rəhbərliyi ilə müzakirələr zamanı əsas diqqəti HƏMAS-ın digər girovları azad etməsinə yönəldəcəyi gözlənilir .

Məlumata görə, Qəzzada saxlanılan girovların İsrail tərəfindəki fələstinlilərlə dəyişdirilməsi (10 İsrail və 2 Tayland vətəndaşının Qəzzadan köçürülməsi, həmçinin Ramallah və Qüdsdə isə 30 fələstinlinin azad edilməsi) prosesi artıq yekunlaşıb.

Girovlardan bir neçəsi “Fələstin İslami Cihad” hərəkatının hərbi qanadı tərəfindən azad edilib. Yerli QHT-lər azad edilən fələstinlilərin 15 qadın və 15 yeniyetmə olduğunu açıqlayıblar.

Qeyd olunur ki, ötən həftə başlayan atəşkəs rejiminin ilkin müddəti 4 gün və o aralıqda İsraildə saxlanılan 150 fələstinli məhbusun əvəzində 50 girovun azad edilməsi nəzərdə tutulurdu.

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv