!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ciddi islahatlar, köhnəlmiş qanunların yenilənməsi... - Azərbaycanda insan hüquqları necə müdafiə edilir? / TƏHLİL

!Reklam – Yazi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci il qərarı ilə həmin günü Ümumdünya İnsan Hüquqları Günü olaraq qəbul edib.

Həmin gündən etibarən 10 dekabr Ümumdünya İnsan Hüquqları Günü kimi qeyd olunur. Bütün dünyada insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi dövlətin əsas təməl prinsiplərindən biri kimi qəbul edilir. Hər kəsə məlumdur ki, Azərbaycanda da ictimai həyatın müxtəlif sahələrini tənzimləyən qanunlar mövcuddur. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyanın bütün bir fəsli insan hüquq və azadlıqlarına, onun qorunmasının təminatlarına həsr olunub. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə, dövlətin əsas ali məqsədi insanların hüquq və azadlıqlarının qorunması və ləyaqətli həyat yaşamasını təmin etməkdir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyənləşdirib. Eyni zamanda Azərbaycan Respublikasının 2001-ci ilin yanvar ayının 25-də Avropa Şurasına daxil olması, daha sonra “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azadlıqların təmininə sadiqliyin ifadəsidir.

Azərbaycan cəmiyyəti öz hüquqlarını kifayət qədər gözəl bilir və qanunlardan öz mənafeyi naminə istifadə edir. Biz Avropa məkanına inteqrasiya kursunu prioritet seçmişik və bu məsələdə hüquq sistemimizin mükəmməlliyi vacib amildir. Çünki qanunlarımız hər bir fərdin maraq və mənafeyinin yüksək səviyyədə təminatını qarşıya məqsəd qoyub. Unutmayaq ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri insan hüquq və azadlıqlarının qorunması və layiqli həyat səviyyəsini təmin etməkdir. Bu baxımdan ölkədə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm addımlar atılıb və bu proses hələ də davam etməkdədir. Bu gün Azərbaycan vətəndaşı öz hüquq və azadlığının pozulması ilə bağlı Avropa məhkəməsinə müraciət edə bilər. Avropa Məhkəməsinin isə öz növbəsində hüquqları pozulan şəxslərin hüquqlarının təmin olunması ilə bağlı çıxardığı qərar Azərbaycan dövləti tərəfindən icra olunur.

Ümumilikdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq vətəndaşımızın kütləvi şəkildə hüquqları pozulsa da, beynəlxalq ictimaiyyət və təşkilatlar onların müdafiəsi istiqamətində real addım atmadı. Lakin Azərbaycan dövləti 2020-ci ilin sentyabrın 27-də vətəndaşlarının kobud surətdə pozulan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək istiqamətində hərbi əməliyyatlara başladı və həyata keçirdiyi 44 günlük Vətən müharibəsi nəticəsində buna nail oldu. Hazırda Azərbaycan onların öz ata yurdlarında yaşamaq hüququnu təmin etmək üçün işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq işləri görməkdədir. Yəni dövlət vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində hərtərəfli addımlar atır.

Respublikamızda beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi də uğurla davam etməkdədir. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsini də məhkəmə sisteminin müasirləşdirilməsi təşkil edir. Azərbaycan hazırda Avropanın əsas insan hüquq və azadlıqları konvensiyasını radifikasiya edib və eyni zamanda Avropa insan hüquqları məhkəməsinin yuridiksiyası Azərbaycan ərazisində təqdim olunur. Azərbaycan dünyanın çox az ölkələrindəndir ki, multikulturalizim və tolerantlıq siyasəti gündəlik həyat tərzi kimi qəbul edilib. Dövlətimizin yaratdığı bərabər şərait sayəsində hər bir şəxs özünün azad və firavan həyatını qura bilir. Eyni zamanda hüquq və azadlıqların təmin olunması ölkəmizdə həm də yeni siyasi mədəniyyət formalaşdırır.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov da Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycan hökuməti vətəndaşların fundamental hüquqlarının qorunması üçün dövlət qurumlarına əlçatanlığı yüksəldib:

“Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ciddi islahatlar həyata keçirilib. Nəzərə almaq lazımdır ki, ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) fəaliyyətində və inkişafında dövlət hər zaman maraqlı olub. Eyni zamanda bu gün Milli Məclisin İnsan Haqqları Komitəsi bu məsələ ilə bağlı kifayət qədər aktiv fəaliyyət göstərir. Həmçinin beynəlxalq təcrübələrin mənimsənilməsinə imkan yaradılır və Azərbaycan modelinə uyğunlaşdırılır. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması üçün ictimai nəzarət funksiyası kifayət qədər yüksək vəziyyətdədir. Dövlət ictimai nəzarətin hər zaman təşviq edilməsini prioritet hesab edir. Bununla yanaşı, sosial və siyasi fəallığın artırılması ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilib, qanunvericilik aktları qəbul edilib. Bəzi köhnəlmiş qanunlar yeniləri ilə əvəz olunub. “Media haqqında” Qanunun, “Siyasi partiyalar haqqında” qanunun mühüm əhəmiyyətləri var və bu, məlum sahələrdə mühüm irəliləyişə səbəb olub”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanmışdır.

 

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv