!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ciddi sənətlə əlaqəsi olmayan “MƏŞHURLUQ”: “Onlar peşəkar aktyorlardan qat-qat yaxşı yaşayırlar”

!Reklam – Yazi

“Amma bir həvəskar gəlir, aktyor olacağına qərar verir və dost-tanışın hesabına parlayır”.

Bu sözləri tanınmış aktyor İlqar Musayev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor indiki vaxtda sosial şəbəkələr vasitəsilə məşhurlaşan və peşəkar aktyorlardan qat-qat yaxşı yaşayan insanlardan danıışıb. Amma bu məşhurluğun sənətkarlıqla heç bir əlaqəsinin olmadığını bildirib:

“İndiki vaxtda istənilən şəxs məşhur ola bilər, bəlkə də məşhurdur. “TikTok”, eləcə də digər sosial şəbəkələrdən elə adamlar çıxır, bizim görkəmli sənətkarlarımızdan da artıq tanınırlar. 99 faiz adi seriallar və sosial şəbəkələrlə məşhurlaşır.

Təəssüflər olsun ki, bu, acı reallıqdır və istənilən yaş təbəqəsinə aiddir. Onlar aktyorlardan da imkanlıdırlar.  Amma bir həvəskar gəlir, aktyor olacağına qərar verir və dost-tanışın hesabına parlayır…

Lakin məşhur olmaq sənətkar olmaq demək deyil. Sənətkar olmaq üçün uşaqlıqdan illərlə o peşənin xəyalını qurmalısan. Daha sonra Mədəniyyət və İncəsənət Universitetinə daxil olmaq, teatrda çalışmaq, filmlərə çəkilmək, işinə peşəkarcasına yanaşmaq lazımdır. Sənətlə məşğul olmaq və sənətkarlıq budur. Amma məşhurluq dediyim kimi, başqa şeydir”.

Cəvahir

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv