Çili Azərbaycanda diplomatik nümayəndəlik açır – QƏRAR

Çili Respublikası Azərbaycan Respublikasında diplomatik nümayəndəliyini açmaq barədə qərar qəbul edib.

Bu barədə Yenicag.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanlanan notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Çili Səfirliyinin Bakıda açılacağı qeyd olunub.