!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Çılpaq gecə”də iştirak edən Filipp Kirkorovla bağlı qərar verildi

!Reklam – Yazi

Məşhur rusiyalı müğənni Filipp Kirkorov aktrisa və bloqer Anastasiya İvleyevanın “çılpaq gecə”sində iştirak etdiyinə görə Rusiya Federasiyasının Xalq artisti titulundan məhrum edilməyəcək.

Bu barədə Rusiya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik və Korrupsiyaya ilə Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin Mədəniyyət Nazirliyinə müvafiq bəyanatla müraciət edib. Onun sözlərinə görə, Kirkorov İvleyevanın gecəsində bu yüksək rütbəni nüfuzdan salıb.
Xatırladaq ki, dekabrın 21-nə keçən gecə Moskvada yerləşən “Mutabor” klubunda baş tutan tədbirdə qonaqlardan “faktiki olaraq çılpaq” gəlmələri istənilib. Tədbirdə Filipp Kirkorovdan başqa Dima Bilan, Lolita Milyavskaya, Qlyukoza, Anna Asti və jurnalist Kseniya Sobçak da iştirak ediblər.

Mənbə: TASS

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv