!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Çılpaq" gecələr təşkil edən "Svinger" dəstəsinin üzvlərinə HÖKM OXUNDU - VİDEO

!Reklam – Yazi

Türkiyədə “çılpaq” məclislər təşkil edən “Svinger” dəstəsinin üzvlərinə hökm oxunub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Antalya Hakkında” yayıb. Bildirilir ki, Türkiyədə “çılpaq” məclislər təşkil edən “Svinger” dəstəsinin üzvlərinə hökm oxunub, 35 evli cütlük mühakimə olunub.

Bəzi şəxslərin “svinger” üsulu ilə fahişəliklə məşğul olması barədə Adana Polis Şöbəsinə internet vasitəsilə əməliyyat məlumatı daxil olub.

Prokurorluğun icazəsi ilə şübhəliləri 6 ay ərzində texniki və fiziki olaraq izləyən polis, 35-i evli cütlük, 3-ü qadın, 1-i transseksual olmaqla ümumilikdə 74 nəfərin Türkiyəni gəzərək pul qarşılığında cinsi əlaqədə olduğunu müəyyən edib. .

Əvvəlcə qrup həvəskar olub, yəni öz aralarında cinsi əlaqədə olub, həyat yoldaşlarını dəyişdirirdilər. Lakin sonra bundan pul qazanmağa qərar veriblər. Onlar Türkiyənin digər əyalətlərinə səyahət etməyə və pullu kütləvi “svinger” partiləri təşkil etməyə başlayıblar.

“Svinqer” əməliyyatının özü eyni vaxtda 6 oktyabr 2020-ci il səhər tezdən Türkiyənin 16 vilayətində 80 ünvanda 500 polis əməkdaşı tərəfindən həyata keçirilib. Axtarış zamanı polis çoxlu seks oyuncaqları və digər xüsusi vasitələr, geyimlər, narkotik həblər, marixuana və silahlar götürüb.

Nəhayət, 22 dekabr 2023-cü ildə Adana Birinci İnstansiya Cinayət Məhkəməsi 38 nəfərə hökm oxuyub. “Kimisə fahişəliyə sövq etmə və ya cəlb etmə, fahişəliyə vasitəçilik etmə və ya fahişəliyə yer vermə” maddəsi ilə 30 nəfər 2 il 6 ay, 8 nəfər isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Xuraman Etibarlı

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv