!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çimərliklərdə baş alıb gedən OĞURLUQ HADİSƏLƏRİ - Əşyalarımızı necə qoruyaq?

!Reklam – Yazi

Yayda insanlar sərinləmək və istirahət etmək üçün əsasən çimərliklərə getməyə üstünlük verirlər. Göstərilən xidmət, təhlükəsizlik və gigiyena baxımından ödənişli çimərliklər daha əlverişli hesab edilir. Lakin pulsuz ictimai çimərliklərə gedənlərin də sayı az deyil.

Məhz belə yerlərdə vətəndaşlar daha çox problemlə qarşılaşırlar. Məsələn, şəxsin suya girməsindən istifadə edərək onun pul, qiymətli əşya və digər vasitələrinin oğurlanması insanları narahat edən əsas məsələlərdəndir.

Bəs çimərliklərdə oğurluq hallarının qarşısının alınması üçün nələrə əməl etmək lazımdır? Bu yöndə hansı işlər görülür və ya görülməlidir?

Yenicag.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev ödənişsiz ictimai çimərliklərin seyflərlə və kameralarla təchiz edilməsinin vacibliyini vurğulayıb:

“Nəzarət olunan, ödənişli çimərliklərdə vətəndaşların əşyalarını yerləşdirməsi üçün müxtəlif seyflər olur. Vətəndaşlar qiymətli əşyalarını oraya təhvil verir və çıxanda da özləri ilə götürüb gedirlər.

Ancaq ödənişsiz ictimai yerlərdə belə bir xidmət yoxdur. Yəni vətəndaşlar əşyalarını ya maşına qoyur, ya da kiməsə həvalə edirlər. Yaxşı olar ki, avtomobili ilə gedənlər qiymətli əşyalarını maşınlarında görünməyən, nəzərə çarpmayan yerlərə qoysunlar.

Əgər çimərlikdə kafe və ya xilasetmə xidməti varsa, həmin yerlərə seyflərin qoyulması daha məqsədəuyğun olardı. Amma heç bir xidmətin olmadığı çimərliklərdə, əlbəttə ki, təhlükəsizlik məsələsindən söhbət gedə bilməz.

Belə olduqda vətəndaş öz malını özü qorumalıdır. İstənilən halda şübhəli şəxs, hərəkət gördükdə, bunu vaxt itirmədən hüquq mühafizə orqanlarına bildirmək lazımdır. İctimai nəzarət olunan yerlərdə pis niyyətli insanlar öz çirkin əməlini yerinə yetirə bilmir.

Təbii ki, çimərliyə nəzarət edən şəxs hər kəsin telefonunu və ya digər əşyalarını saya, nəzarət edə bilməz. Bunun üçün ərazi kameralarla təchiz edilməlidir ki, belə xoşagəlməz halları törədən şəxsi aşkarlamaq rahat olsun”.

Sadiq Cavadov

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv