!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çimərliklərə haradan və neçəyə getmək olar? - SİYAHI

!Reklam – Yazi

Bakı meriyası əhalinin yay istirahətinin təşkili məqsədilə 15.06.2022-ci il tarixdən 8 marşrut xəttinin şəhər çimərliklərinə qədər uzadılması barədə qərar qəbul edib.

BNA-dan Yenicag.az-a verilən məlumata görə, sözügedən marşrutların başlanğıc məntəqəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzidir.

Yay mövsümündə vətəndaşların Koroğlu NMM-dən Mərdəkan çimərliyinədək (Şüvəlan – Buzovna yolu) ictimai nəqliyyatla birbaşa gedişinin təmin edilməsi üçün M10 nömrəli mövsümi ekspress marşrut xəttinin fəaliyyəti də bərpa edilib. M10 başlanğıc dayanacaq məntəqəsi “Koroğlu” NMM olmaqla, Şüvəlan – Mərdəkan çimərliyi (Şüvəlan – Buzovna yolu) istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək. Marşrutun gediş haqqı 50 qəpikdir.

Digər 8 marşrutda gediş haqqı isə belədir:

101 nömrəli marşrut (“Türkan” çimərliyinədək) – 30 qəpik,

107 nömrəli marşrut (“Buzovna” çimərliyinədək) – 50 qəpik,

146 nömrəli marşrut (“Şüvəlan” çimərliyinədək) – 40 qəpik,

171 nömrəli marşrut (“Sea Breeze” istirahət mərkəzinədək) – 50 qəpik,

172 nömrəli marşrut (“Bilgəh” bağlarınadək) – 40 qəpik,

179 nömrəli marşrut (“Pirşağı” çimərliyinədək) – 35 qəpik,

180 nömrəli marşrut (“Zirə” çimərliyinədək) – 40 qəpik,

182 nömrəli marşrut (“Mərdəkan” çimərliyinədək) – 30 qəpik.

Qeyd edək ki, 15 iyundan çimərlik mövsümi açıq elan edilib.

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv