!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çimərliyə gedənlər, DİQQƏT: Çirkli dəniz suyunun fəsadları nələrdir? - Toksikoloq açıqladı

!Reklam – Yazi

Çimərlik mövsümü ilə əlaqədar olaraq son zamanlar uşaqlarda mədə-bağırsaq problemləri artmaqdadır.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Kliniki Tibbi Mərkəzin həkim-toksikoloqu İnci Bağırova dəniz suyu ağız boşluğuna və mədə-bağırsaq yollarına düşdükdə hansı fəsadlara yol aça biləcəyindən danışıb.

Toksikoloq qeyd edib ki, çirkli dəniz suyu insanda bir sıra xəstəliklərin yaranmasına səbəb olur:

“Hər il çimərlik mövsümü başlayarkən çimərliyə icazə verilən ərazilərin adı açıqlanır. Bu mənada, qadağan olunmuş zonalarda çimmək qəti şəkildə məsləhət görülmür. Belə ərazilərdə dəniz suyunun tərkibində toksikoloji baxımdan ağır metallar, neft qalıqları olur. Həmçinin üzməyi bilməyən şəxslərin və azyaşlıların dərin sularda üzməsi qadağandır. Çünki bu şəxslərin ağız boşluğuna və mədə-bağırsaq sisteminə daha çox su gedir.

Ümumiyyətlə, çirkli dəniz suyu insanda qusma, ürəkbulanma, bağırsaq pozğunluğu, ishal, iştah pozğunluğu, başgicəllənmə və baş ağrısı kimi hallara səbəb ola bilir. Belə olan halda, xəstəni mütləq həkimə aparmaq lazımdır. Bütün hallarda mütəxəssis kimi əsas tövsiyə və məsləhətimiz odur ki, insanlarımız rəsmi şəkildə qadağan olunmuş yerlərə, çirkli çimərliklərə getməsin. Ən vacib addım budur”.

Məsimə

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv