!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin dronları Rusiyada: "Başqa ölkənin hərbi texnikası bu ərazilərdə peyda olsa..." - MÖVQE

!Reklam – Yazi

“Dron və yaxud başqa avadanlıqlar taktiki səviyyədə müharibəyə təsir edə bilər. Müharibənin gedişinə isə bunlar təsir edə bilməz”.

Bu fikri Ukrayna tərəfinin Rusiyaya məxsus Çin istehsalı olan dronu vurması, Çinin və digər ölkələrin silah satışı etməsi və bunların müharibənin nəticəsinə edə biləcəyi təsiri dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında səsləndirib.

Şair Ramaldanov bildirib ki, silah satışı ilə müharibəni bir-birindən ayırmaq lazımdır:

“Müharibə aparan hər iki tərəf silah bazarına üz tutacaq. Rusiya bu gün haradansa silah alıb Ukraynada istifadə edirsə, burada təəccüblü heç nə yoxdur. Silah bazarına müəyyən bir şəkildə müharibədən kənarda baxmaq lazımdır. Silah bazarına ticarət kimi baxılmalıdır. Ola bilsin ki, o silahlar yeni alınsın. İran istehsalı olan dronların Ukraynada istifadəsi zamanı ruslar bəyan etdilər ki, o silahları müharibədən əvvəl tədarük ediblər.

Çinlə Rusiya arasında həm hərbi, həm də hərbi texniki əməkdaşlıq var. Ola bilsin, birgə istehsal edilib. Rusiya ilə Çinin birgə istehsalı olan çoxlu sayda silah və texnikalar var.

Sabah başqa bir ölkənin hərbi texnikası Rusiyada, yaxud Ukraynada peyda olsa, buna təəccüblənmək olmaz. Müharibə gedir, pulu olan gedib alır. Silah bazarı bağlı deyil. Silah satışı ilə bağlı Ukraynanı dəstəkləyən tərəf müəyyən məhdudiyyətlər qoyub. Bir tərəfdən özləri məhdudiyyətlər qoyur, digər tərəfdən özləri satır, bu məntiqə sığmır. Çin müstəqil siyasət yeridir. Dronlar hər halda ruslara pay verilməyib.

Silah istehsal edən dövlət maraqlıdır ki, onun istehsalı müharibə və yaxud real döyüş şəraitində istifadə olunsun. Müharibədə istifadə olunanda ilk olaraq silahlar sınaqdan keçiriliş olur, onun zəif və güclü yönü bilinir. Döyüşdə hansısa dövlətin silahı özünü yaxşı göstərirsə, onun üçün bazar da genişlənir. Necə ki, bizim müharibədə Bayraktarlar özünü yaxşı yöndən göstərdi və müharibədən sonra 20-dən çox ölkə Bayraktar TB-2 sifariş etdi”.

Səxavət Məmməd

www.yenicag.az

792
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv