!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin dünya üçün vacib layihə hazırlayır

!Reklam – Yazi

Çin Milli Kosmik İdarəsi (CNSA) yaxın bir neçə ildə Yer üçün təhlükə yaradan asteroidlərin zərərsizləşdirilməsi layihəsini həyata keçirməyə başlayacaq.

Yenicag.az xəbər verir ki, bunu qurumun rəhbərinin müavini U Yanxua bildirib.

“14-cü Beşilliyin (2021-2025) sonuna qədər və ya 2025-2026-cı illərdə biz Yer üçün təhlükə yaradan istənilən asteroidi yaxın məsafədən müşahidə etmək üçün texnologiyaları sınaqdan keçirməyə çalışacağıq. Onların köməyi ilə biz toqquşma həyata keçirəcəyik, nəticədə bu göy cismi öz orbitindən kənarlaşdırılacaq”, qurum rəsmisi qeyd edib.

Onun sözlərinə görə, Çin planetimiz üçün təhlükə yaradan obyektlər haqqında əvvəlcədən xəbərdar edəcək yer və kosmos yerləşən effektiv sistem yaratmağa hazırlaşır. Eyni zamanda, çinli mütəxəssislər belə göy cisimlərinin planetimizə yaxınlaşmasının qarşısını ala biləcək texnologiyalar hazırlamağı planlaşdırırlar.

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv