!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin firması ilə Baydenin oğlu arasında 1 milyon dollarlıq QALMAQAL

!Reklam – Yazi

Çin firması Baydenin oğluna verdiyi 1 milyon dolları geri qaytarması üçün 7 gün vaxt qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.

Nəşr yazlır ki, Çin firması Hanter Baydenə Amerika qanunları ilə problemlə üzləşən işçisi Dr. Patrik Honun vəkili kimi çıxış etməsi üçün 1 milyon dollar ödəyib.

Patrik Ho iddia edir ki, ABŞ prezidentinin oğlu pulu alıb, lakin onun üçün heç bir qanuni iş görməyib.

İndi Ho Hanteri pulu qaytarmasa, məhkəməyə verəcəyi ilə hədələyir.

Honq Konq hüquq firması “Huen & Partners” tərəfindən Hanterin Vaşinqtondakı vəkili Abbe Louelə məktub göndərilib.

Məktubda, Hanterin imzaladığı 2017 müqaviləsində nəzərdə tutulduğu kimi, yeddi günlük geri qaytarma müddəti qoyulub.

Xuraman Etibarlı

www.yenicag.az

112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv