Çin gəmisi qəzaya uğradı – İtkin düşənlər var

Cənubi Çin dənizində yük gəmisi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, gəmidən olan 11 nəfərdən 8-nin həyatını xilas etmək mümkün olub, 3 nəfər isə itkin düşüb

İtkin düşənlərin axtarışlarına 13 patrul kateri cəlb olunub.

Sıx dumanla əlaqədar axtarış işlərinin çətinləşdiyi qeyd edilib.