!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin idxalçıları Rusiya neftinin tədarükünü dayandırdı

!Reklam – Yazi

Çində neft idxalçıları Ukrayna böhranının neft tədarükünə mümkün təsiri ilə əlaqədar Rusiyadan dəniz yolu ilə neft idxalını dayandırmaq qərarına gəlib.

Yenicag.az xəbər verir ki, bunu “Bloomberg” agentliyi yazır.

Qeyd olunur ki, Uzaq Şərq limanlarında yüklənən xam neftin alıcıları ödənişlərlə bağlı məsələnin aydınlaşmasına qədər idxalı dayandıracağını bildirib.

“Eyni zamanda, mövcud vəziyyətlə əlaqədar Qara dənizdən neft daşımalarının dəyəri üç dəfə artıb. Belə ki, yük daşıyıcıları təhlükəsizlik məsələləri ilə əlaqədar həmin bölgədən imtina etməyə başlayıb. Çin Rusiya neftinin ən böyük alıcısıdır. Ölkənin neft emalı sektorunun nümayəndələri vəziyyətin yaxın günlərdə aydınlaşacağına ümid etdiyini bildirir”, – deyə agentliyin məlumatında qeyd olunur./Trend/

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv