!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin istehsalçılarına zərbə: 5G qlobal tələbatı azaldıb

!Reklam – Yazi

5G-nin dünyada kifayət qədər geniş yayılmaması Çin smartfon istehsalçılarının gəlirlərini itirməsinə səbəb olub.

Yenicag.az “Haberturk”ə istinadən bildirir ki, bu barədə Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının hesabatında məlumat verilib.

Hesabata görə, bu il Çində smartfon tədarükü illik müqayisədə 27,2 faiz azalaraq 23,78 milyon telefon təşkil edib. Yanvar-oktyabr ayları arasında smartfon tədarükü keçən ilin eyni dövrü ilə müqayisədə 22 faiz azalaraq 215 milyon ədəd təşkil edib.

Çinli mobil telefon istehsalçıları hesab edirlər ki, 5G dünyada gözlənildiyi kimi sürətlə yayılmadığından qlobal tələb azalıb və buna görə də gəlirlər kəskin şəkildə azalıb. Gəlirlərin azalması şirkətlərə də təsir edir. Belə ki, ölkənin ən böyük smartfon istehsalçısına çevrilən “Xiaomi” də işçi heyətinin 10 faizini ixtisar edib. Çünki şirkətin gəlirləri üçüncü rübdə 10 faiz azalıb.

Gülşən

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv