!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin müsəlmanlara oruc tutmağı QADAĞAN ETDİ - FOTO

!Reklam – Yazi

Çin hakimiyyəti Şərqi Türküstanda müsəlmanlara Ramazan orucunu tutmağı qadağan edib.

Yenicag.az xəbər verir ki, bu barədə Krım xəbər agentliyi məlumat yayıb.

Çində uyğur müsəlmanlarına qarşı təzyiqlər davam edir.

Krım xəbər agentliyi Çin Kommunist Partiyasının (ÇKP) bəyannaməsinə istinad edərək göstərilən qadağaları dərc edib.
Qeyd olunan qadağalara aşağıdakılar da daxildir:

Ramazan ayında oruc tutmaq haramdır.

Təravih namazı qılmaq qadağandır.

Dini ayinləri yerinə yetirmək qadağandır.

Hicab taxmaq qadağandır.

Saqqal uzatmaq qadağandır.

Şərqi Türküstanda müsəlmanlara məxsus mağaza və restoranlar Ramazan ayında siqaret və spirtli içki satışına davam etməlidir.

Mağazalar və restoranlar oruc saatlarında açıq qalmalıdır. Bildirilib ki, bu tələblərə əməl etməyən mağaza və restoranlar tamamilə bağlanacaq.

Şərqi Türküstan kəndlərinin sakinlərinin oruc tutub-tutmadıqlarını yoxlamaq üçün Xalq Komitəsinə aparılacağı, polis nəzarəti altında onlara dərman və içmə suyu veriləcəyi bildirilir.

Xuraman Etibarlı

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv