!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin orbitə yeni peyk göndərdi

!Reklam – Yazi

Çin noyabrın 3-də yerli vaxtla səhər 11:22-də (Bakı vaxtı ilə 8:22-də) Yerin müşahidəsi üçün orbitə “Gaofen-7” peykini buraxıb.

Yenicag.az xəbər verir ki, Çinin Elm, Texnologiya və Milli Müdafiə Sənayesi Baş Administrasiyasının yaydığı məlumata görə, peykin “Long March 4B” raketdaşıyıcısı ilə buraxılışı ölkənin şimalındakı Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib.

Peyk xəritələrin hazırlanması, təbii ehtiyatların tədqiqatı, yaşayış məntəqələrinin layihələndirilməsi, ətraf mühitin qorunması və təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq.

www.yenicag.az

5217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv