!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin-Rusiya BİRLİYİ: "Bu ittifaq bölgə ölkələri üçün təhlükə mənbəyidir" - POLİTOLOQ

!Reklam – Yazi

“Böyük Britaniya Fransa və Almaniyadan daha çox dəstək verir. Hərbi yardım göndərir. Almaniya hərbi yardım göndərmir, bundan əlavə rəsmi Londona qadağan edib ki, onun hava məkanından Ukraynaya hərbi yüklər daşınmasın. Böyük Britaniya Qarabağ müharibəsində də qəti mövqe qoydu və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi”.

Bu fikri Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin Moskvaya səfəri, rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşərək Ukrayna ətrafında yaranmış situasiyanı müzakirə etməsi və Britaniya XİN başçısı Liz Trassın Moskvada həmkarı Sergey Lavrovla danışıqlar aparmasını şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şahinoğlu bildirib ki, İngiltərə Almaniya və Fransadan fərqli olaraq məsələni qəti qoyub və “balanslı” siyasət yürütmür:

“Böyük Britaniya Avropa Birliyindən ayrıldığına görə müstəqil xarici və təhlükəsizlik siyasəti yürüdür. Fransa və Almaniyadan fərqli olaraq birmənalı Ukraynaya dəstəyini ifadə edir. Silahlı qüvvələrini müxtəlif ölkələrə göndərir. Bir təklif də gündəmdədir: Polşa, Ukrayna ilə birgə üçlü ittifaq formalaşdırmaq istəyir. Bu, Ukrayna üçün çox faydalıdır. Ukraynanı NATO-ya qəbul etmirlərsə, o hansısa hərbi blokda yer almalıdır ki, ona dəstək olunsun. Böyük Britaniyanın XİN rəhbəri dünən Moskvada idi, bu gün müdafiə naziri Moskvada səfərdədir. Lavrovun dünənki danışıqlara münasibəti belə oldu ki, elə bil korla karın danışığına bənzədi. London Berlin və Parisdən fərqli olaraq fikrində qətidir. Açıq şəkildə bildirir ki, qoşunlarınızı sərhəddən çəkin. Əgər bunu etməsəniz, sanksiyalar tətbiq ediləcək. Artıq Böyük Britaniya parlamenti sanksiyaların siyahısını hazırlayıb, Rusiyanı xəbərdar edirlər. Əgər müdaxilə olarsa, o sanksiyalar işə düşəcək. Moskva üçün digər problemli məsələlərdən biri də odur ki, Rusiya oliqarxları bizim oliqarxlar kimi pullarını London banklarında saxlayırlar. Hətta Böyük Britaniya kəşfiyyatı bu pullar barədə məlumatlıdır”.

Politoloqun sözlərinə görə, hazırda Çin-Rusiya ittifaqı güclənməkdədir:

“Bu ittifaq bölgə ölkələri üçün təhlükə mənbəyidir. Fəal olan dövlətlər ABŞ və Böyük Britaniyadır. Bu məsələdə Londonun mövqeyi çox sərtdir. ABŞ ilə İngiltərə bu məsələdə birgə fəaliyyət göstərir. Dünən Böyük Britaniyanın XİN rəhbəri, bu gün müdafiə naziri Moskvaya səfər ediblər. Açıq səsləndirirlər ki, şərtlərə əməl etməsəniz, sizin üçün ağır olacaq. Fransa və Almaniya rəsmiləri Moskvaya səfərdə olanda biraz da yaltaqlıq olsun deyə, Rusiya haqqında yumşaq fikirlər səsləndirirlər. Böyük Britaniya isə onlardan fərqlidir”.

Səxavət Məmməd

www.yenicag.az

943
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv