!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin Xalq Bankı kağız pul çapını azaldacaq - SƏBƏB

!Reklam – Yazi

Son iki ilin ən yüksək səviyyəsi inflyasiyası Çində müşahidə olunub.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, bu barədə Çin Xalq Bankının açıqladığı rüblük pul siyasəti hesabatında məlumat verilib.

Çin Xalq Bankı (PBOC) ölkə iqtisadiyyatını inflyasiya təhdidlərinə qarşı qorumaq üçün həddindən artıq pul çapından qaçacağını açıqlayıb. Bank real iqtisadiyyata daha güclü və keyfiyyətli dəstək göstərəcəyini də bəyan edib.

Bununla yanaşı, bank 2022-ci ildə inflyasiyanın 3 faizə yaxın saxlanılması hədəfinin, taxıl və enerji təchizatının təmin edilməsinin ehtiyatlı pul siyasəti sayəsində reallaşacağını proqnozlaşdırıb.

İqtisadçılar bu açıqlamanı yaxın gələcəkdə monetar siyasətdə sərtləşmənin olacağına işarə kimi dəyərləndirməsələr də, qarşıdakı aylarda yumşalma siyasətinin gözlənilmədiyini də vurğulayıblar.

Gülşən

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv