!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Çinarə prezidentin onu səhnəyə dəvət etməsindən danışdı - VİDEO

!Reklam – Yazi

Oktyabrın 20-də Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Dost Aqropark”ın açılışı olub. Açılış mərasimində müğənni Çinarə Məlikzadə səhnəyə çıxıb.

Sənətçi tədbirdə 4 mahnı səsləndirib. Daha sonra Prezident İlham Əliyev Çinarəni nəzərdə tutaraq “dəvət edək, bir şəkil çəkdirək”, – deyə bildirib.

Səhnəyə çıxan Ç.Məlikzadə Prezidentlərə öz təşəkkürünü bildirib.

Yenicag.az xəbər verir ki, ötən gün “Xəzər TV”nin qonağı olan gənc müğənni dövlət başçısının onu səhnəyə dəvət etməsindən danışıb.

Qeyd edək ki, Ç.Məlikzadə Vətən müharibəsi dövründə ifa etdiyi “Azərbaycan” mahnısı ilə məşhurlaşıb.

Daha ətraflı videomaterialda:

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv