!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cinayət Məcəlləsinə ekosidlə bağlı maddə əlavə edilə bilər

!Reklam – Yazi

zərbaycan Vəkillər Kollegiyası tərəfindən Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlanır”.

Yenicag.az xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, dəyişiklik ekosid barədədir:

“Bilirsiniz ki, ermənilər tərəfindən Azərbaycan ekologiyasına böyük zərər dəyib və bu proses davam edir. Azərbaycan Vəkillər Kollegiyası da həmin məsələlərə həssas yanaşır. Buna görə də kollegiyanın tərkibində fəaliyyət göstərən cinayət hüququ qrupu müvafiq təkliflər hazırlayıb.

Təklif edirik ki, Cinayət Məcəlləsinə ekosid adlı maddə əlavə edilsin. Əgər çox ciddi, uzun sürən ekoloji terror aşkarlanarsa, belə bir maddə ilə məsuliyyət yaransın. Azərbaycan Cinayət Məcəlləsində belə bir maddənin olması gələcəkdə ekosidin baş verməsinin qarşısını ala biləcək.

Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələyə müsbət cavab veriləcək və Cinayət Məcəlləsinə belə bir maddə əlavə ediləcək”.

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv