!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cinayət məsuliyyətinə əsas verən narkotik vasitələrin siyahısına dəyişiklik edildi

!Reklam – Yazi

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılara dəyişiklik edilir.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, qanunu adı dəyişir və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanun adlanır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda təsdiq edilib./unikal

www.yenicag.az

146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv