!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cinayət törədən şəxslərin yaş STATİSTİKASI: Nə qədərini gənclər təşkil edir?

!Reklam – Yazi

Azərbaycanda 2022-ci ildə cinayət törədən şəxslərin (24 432 nəfər) 28,8 faizini gənclər təşkil edib.

Yenicag.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il cinayət törədən gənclərin (14-29 yaşda olan şəxslər – red.) sayı 7 033 nəfər olub.

Təsnifləşdirildikdə cinayət törətmiş gənclərin 45,9 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 28,7 faizi iqtisadi sahədə, 22,5 faizi şəxsiyyət əleyhinə, 2,9 faizi digər sahələrdə cinayətə yol verib.

Məlumatlara görə, gənclər tərəfindən törədilən cinayətlərin sayı son illərdə azalır. 2020-ci ilə nisbətən 2022-ci ildə gənclər tərəfindən törədilən cinayətlərin ümumi sayından quldurluq 27 faiz, qəsdən adam öldürmə və adam öldürməyə cəhd 23,1 faiz, qəsdən sağlamlığa ağır zərər vurma 16,4 faiz, soyğunçuluq isə 4 faiz azalıb.
Cinayət törədənlərin sayında da gənclərin payı azalır. Əgər 2015-ci ildə bütün cinayətlərin 39,2 faizini gənclər törətmişdirsə, 2021-ci ildə 29,7 faizi, ötən il isə 28,8 faizi gənclər tərəfindən edilib.

Gənclər əsasən ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər törədir. Bu sahədə cinayət törədən gənclərin sayı 3 229 olub. Əvvəllər daha çox şəxsiyyət əleyhinə cinayət törədən gənclərin sayı isə xeyli azalaraq 1 585-ə düşüb.

Konkret növlər üzrə gənclər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətləri və oğurluq cinayətlərini daha çox törədirlər.

Ötən il cinayət növləri üzrə müvafiq olaraq 2047 və 1388 gənc cinayətə yol verib. Bundan başqa 791 gənc yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları ilə bağlı, 283 gənc xuliqanlıq, 254 gənc dələduzluq cinayətlərini edib./sfera.az

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv