Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cinayətkar ailə iş başında - Dükanı belə soydular - VİDEO

Dünən Bakıda Bakıxanov qəsəbəsində “Razin talkuçkası” kimi tanınan bazarda yerləşən mağazalardan birində oğurluq hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, mağaza sahibi Validə İsgəndərova Avtosfer.az saytına müraciət edərək başına gələn hadisəni danışıb.

O, bildirib ki, mağazaya eyni vaxtda iki kişi, biri yaşlı olmaqla iki qadın, bir yeniyetmə və bir uşaq daxil olub.

“Kişilər qapının yanında ayaqqabı ilə “maraqlanır”. Satıcının bacını qarışdırırlar. Bu zaman yaşlı qadın bahalı qadın kostyumlarını bükərək yeniyetmənin əlində olan torbaya basır. Nisbətən cavan gəlin ilə uşaq isə həmin vaxt oğurluq baş verən yerin qabağını kəsərək görüntü məhdudiyyəti yaradırlar. Yaşlı qadın oğurluğun ardından əlində bir mal dükanın arxa hissəsinə keçir. Satıcını çağırır. Satıcı ona yaxınlaşanda isə yeniyetmə, ardınca uşaq və gəlin, daha sonra isə kişilərdən biri çıxır”.

Cinayətkar dəstənin bir ailə olduğu ehtimal edilir: Ata, ana, iki oğul, gəlin və uşaq.

Validə İsgəndərova ona ümumilikdə 800 manata yaxın ziyan dəydiyini qeyd edib.

Xanım sahibkar polis orqanlarından bu cinayətkar dəstəni ifşa edərək yaxalamasını istəyir.

 

www.yenicag.az

1831