Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Çində ailələr “messencer” vasitəsilə boşana biləcəklər

Çinin 1 milyard aktiv istifadəçi kütləsinə sahib məşhur “WeChat” messenceri vasitəsilə ailələr boşanma prosesini rəsmi qeydiyyata ala biləcəklər. Lakin bu hələlik Çinin Quandun əyalətində mümkün olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Business Insider” saytı xəbər verib. Boşanma sorğusunun göndərilməsi üçün istifadəçilər şəxsi ayarlar vasitəsilə xüsusi düyməyə vurmalı olacaqlar. Bundan sonra onlar öz şəxsiyyətlərini təsdiq etməlidirlər.

Məşhur messencerdə bu cür funksiyanın istifadəyə verilməsinə baxmayaraq boşanmaq qərarını vermiş cütlüklər yenə də xalq məhkəməsinə müraciət etməli olacaqlar ki, boşanma prosesini yekunlaşdırsınlar. Qeyd etmək lazımdır ki, boşanma prosesinin aparılması “WeChat” messencerin bir çox yeni funksiyalarından biridir. Belə ki, Quandun əyalətinin sakinləri, həmçinin, öz sürücülük vəsiqələrini rəqəmsal şəkildə bu messencerdə saxlaya bilərlər.

Bundan əlavə, Çin vətəndaşları “WeChat” vasitəsilə evliliyin qeydə alınması üçün də sorğu göndərə bilərlər. Görünür, Çin hökuməti “WeChat” platforması əsasında xüsusi identifikasiya kartı yaratmağı planlaşdırır. Həmin kart bütün rəsmi sənədləri əvəz edə biləcək. Penguin Intelligence tədqiqat şirkətinin hesablamalarına görə Çinin böyük şəhərlərinin 92% sakini “WeChat” və “Alipay”dən alış-verişlərin ödənilməsi servisi kimi istifadə edir.

Zaur H.

www.yenicag.az

1604
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100