!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çində daşqın səbəbindən 2400 insan təxliyə edildi

!Reklam – Yazi

Çinin Liaoninq əyalətində güclü yağışın yaratdığı daşqın səbəbindən 2400-ə yaxın insan təxliyə edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Əyalətin bəzi ərazilərinə rekord miqdarda yağıntı düşüb.

Leysan dolu və güclü küləklə müşayiət olunub.

Əlverişsiz hava şəraiti ilə əlaqədar ayrı-ayrı ərazi vahidlərinin səlahiyyətli orqanları tərəfindən təhlükənin yüksək (qırmızı) və artan (narıncı) səviyyəsi elan edilib.

Daşqın təhlükəsi ilə əlaqədar 116 şaxtada işi dayandırılıb.

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv