!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çində güclü zəlzələ oldu - 126 ölü, 230-dan çox yaralı - YENİLƏNDİ

!Reklam – Yazi

Çinin Qansu və Çinxay əyalətlərində baş verən 6,2 bal gücündə zəlzələ qurbanlarının sayı 126 nəfərə çatıb. 

Yenicag.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Zəlzələdən zərər çəkmiş bəzi yaşayış məntəqələrində su və enerji təchizatı dayandırılıb, nəqliyyat əlaqələri kəsilib.

Çin prezidenti Si Cinpin insanların axtarışı və xilas edilməsi, eləcə də zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün səylərin göstərilməsi barədə əmr verib.

***

10:42

Çində zəlzələ nəticəsində ölənlərin sayı 116 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, dağıntılar zamanı azı 230 nəfər yaralanıb.

Dağıntıların baş verdiyi Qansu və Çinhay bölgələrinə 580 nəfərlik xilasetmə qrupu göndərilib.

***

23:54

Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 8 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Pekin vaxtı ilə gecə yarısı baş verən zəlzələnin maqnitudası 6,2 bal olub. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv