!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çindən bir ilk: Rusiya-Ukrayna müharibəsi ilə bağlı anlaşma bəyanatı yaydı

!Reklam – Yazi

Braziliya və Çin münaqişənin gərginliyini azaltmaq və təklifləri müzakirə etmək üçün həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan beynəlxalq sülh konfransını çağırır.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Çin xarici işlər naziri Vanq Yi ilə Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın baş müşaviri Celso Amorim arasında dünən keçirilən görüşdən sonra hər iki ölkə Rusiya-Ukrayna böhranının necə həll ediləcəyi ilə bağlı “ortaq anlaşma”nı əks etdirən bəyanat yayıb.
KİV-in məlumatına görə, Çin ilk dəfədir ki, hərbi münaqişə ilə bağlı başqa ölkə ilə birgə bəyanat imzalayır.

“Çin və Braziliya lazımi vaxtda, həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan, bütün tərəflərin bərabər iştirakı və bütün sülh planlarının ədalətli müzakirəsi ilə beynəlxalq sülh konfransının keçirilməsini dəstəkləyir. Pekin və Braziliya həmçinin humanitar yardımın artırılmasına çağırır və münaqişədə kütləvi qırğın silahlarının mümkün istifadəsini pisləyir”, – Pekində imzalanan birgə bəyanatda deyilir.

Rafi Müslümov

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv