!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çingiz Əhmədov: “Deyirdi, aktyorun, diktorun, müğənninin “idi ko mne”si olmalıdır”

!Reklam – Yazi

“Rəhmətlik Nəsibə Zeynalovanın qəşəng bir sözü vardı, deyirdi, aktyorun, diktorun, müğənninin “idi ko mne”si olmalıdır”.

Bunu 3 illik fasilədən sonra yenidən televiziyada aparıcı kimi fəaliyyətə başlayan Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov Yenicaga.az-a açıqlamasında deyib.

O, efirin aktyor kimi fəaliyyətinə mane olmayacağını bildirib:

“Aparıcılıq məni yaradıcılıqdan ayırmayacaq. Onsuz da hələlik mənə aid teatrda yeni tamaşa yoxdur. Çəkildiyim ”Nikolayın evi” serialı da hələlik dayanıb. Deyiblər, əmi, gözlə. Mən də gözləyirəm. İstər teatrda, istər efirdə insanlara xidmət etmək bizim işimizdir. On yaşımdan televiziyada böyümüşəm, artıq 27 ildir ki, televiziya aparıcılığı sahəsində təcrübəm var. Ona görə aparıcılıq mənim üçün rahatdır, amma hər adam bu işin öhdəsindən gələ bilmir. Fəxr edirəm ki, mən bu işin öhdəsindən gəlirəm. Böyük sənətkarlarımız həmişə deyirdilər ki, sənin televiziyasız bir günün olmasın. Özü də mən canlı efiri çox sevirəm”.

“Aparıcılıq teatrdakı fəaliyyətinizi üstələməyəcək mi?” sualına aktyorun cavabı belə olub:

“İstər efir, istər toy, konsert aparmaq, eyni zamanda, teatr səhnəsi, bunlar ayrı-ayrı şeylərdir, heç birini bir-birinin ayağına verməyəcəm. Həmişə xalqımın qulluğundayam. Nəsibə Zeynlovanın qəşəng bir sözü var idi, deyirdi, adə, aktyorun, diktorun, müğənninin “idi ko mne”si olmalıdır. Şükürlər olsun ki, tamaşaçı sevgisi bunu məndə göstərir. Teatrda oynadığım tamaşalara dəfələrlə gəlib baxırlar”.

Qeyd edək ki, aktyor “Space” TV- də həftəiçi hər gün “Nuşi can” adlı səhər proqramında aparıcılıq edəcək.

Cəvahir

www.yenicag.az

895
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv