!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çinli iş adamları bir-bir yoxa çıxır: SİYASİ OYUN, yoxsa TƏSADÜF? - FOTOLAR

!Reklam – Yazi

Çinin biznes mühitində qəribə hadisələr baş verir. Hal hazırda Çinin gündəmindəki ən vacib mövzu biznes və texnologiya mühitinin tanınmış simalarının ortadan yox olmasıdır. Ümumiyyətlə, iş adamlarının çoxu tənqid xarakterli paylaşımlar etdikdən sonra itkin düşüb.

Yenicag.az xəbər verir ki, keçən ay texnologiya sənayesinin məşhur simalarından olan Bao Fanın itkin düşməsi gündəm olmuşdu.

Alibaba şirkətinin lideri Cek Ma da yoxa çıxıb. Yaxınları günlərlə ondan xəbər ala bilməyib.

İtkin düşən milyarderlərlə bağlı cəmiyyətdə şaiyələr dolanmağa başlayıb. Kimisi bunun siyasi bir oyun olduğuna, kimisi də onların sadəcə reklam uğruna bir müddətlik gözdən itdiyinə inanır.

Bundan əlavə, 2015-ci ildə “Fosun International” konqlomeratının sədri, iş adamı Quo Quanqçanq da daxil olmaqla şirkətdən beş işçi itkin düşmüşdü.

2020-ci ildə isə daşınmaz əmlak maqnatı Ren Ziqanq Çin Prezidenti Şi Cinpingi “təlxək” adlandırdıqdan sonra günlərlə yoxa çıxıb. Daha sonra R. Ziqanq korrupsiya səbəbilə 18 illik həbs cəzasına məhkum edilib.

 

Qeyd edək ki, jurnalistlər Bao Fandan hələ də xəbər ala bilmir.

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv