!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cinsini dəyişməyə icazə verən ölkələrin vətəndaşlarına uşaq VERİLMƏYƏCƏK

!Reklam – Yazi

Cinsini dəyişdirən insanların övladlığa uşaq götürülməsi qadağan ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin rəhbəri Vasili Piskarev məlumat verib.

O bildirib ki, Dövlət Duması əcnəbi vətəndaşların öz ölkələrində cinsiyyət dəyişikliyinə icazə verildiyi təqdirdə övladlığa götürülməsini qadağan edən qanun layihəsi hazırlayıb.

Dövlət Duması, həmçinin, “DXR” və “LXR”də uşaq baxım müəssisələrindən uşaqları götürmək istəyən əcnəbilər, o cümlədən ukraynalılar üçün genetik test tətbiq etməyi planlaşdırır.

“Bununla əlaqədar olaraq, biz xarici vətəndaşların dövlətinin həm müvafiq sənədlərin hazırlanması, həm də tibbi və hər cür müdaxilə formalarının tətbiqi yolu ilə cinsiyyətinin dəyişdirilməsinə icazə verdiyi halda, onların övladlığa götürülməsini qadağan etməyi təklif edən qanun layihəsi hazırlamışıq”, – Piskarev deyib.

Ailə məsələləri, analıq və uşaqlığın müdafiəsi üzrə Patriarxal komissiya iyul ayında belə bir qadağanın tətbiq edilməsini təklif etmişdi.

İran, Misir, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Çin, Türkiyə və Tayland da daxil olmaqla 67 ölkədə cinsi dəyişməyə icazə verilib.

Vasili Piskarev iddia edir ki, belə bir qadağa tamamilə haqlıdır. Çünki valideynlərdən birinin cinsini dəyişdirdiyi təqdirdə övladlığa götürülmüş uşaq eyni cinsli ailədə qalacaq və buna  zəmanət vermək olmaz.

Xuraman Etibarlı

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv