!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çirkin əməlinə görə məşhur restoran BAĞLANDI - FOTO

!Reklam – Yazi

Şorba hazırlamaq üçün ayda 300 pişiyi öldürən restoran bağlanıb.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, ürək bulanmasına səbəb olan şorba reseptinə görə ayda 300-ə qədər pişiyi öldürən Vyetnam restoranı fəaliyyətini dayandırıb.

Restoran sahibinin bununla bağlı mənəvi narahatlığını bildirməsindən sonra bu ay bağlanıb. 37 yaşlı Fam Kuok Doan dekabrın əvvəlində “Gia Bảo” restoranının qarşısında “thịt mèo” kimi tanınan pişik ətinin reklam lövhəsini qəfildən çırıb.

Sonra mətbəxin tələblərini ödəmək üçün öldürülmək üzrə olan 20 pişik və pişik balaları sərbəst buraxılaraq yerli sakinlərə himayəyə verilib.

Doan heç vaxt Vyetnamda məşhur yemək olan pişik ətini satmaq istəməyib, lakin ailəsini qidalandırmaq ehtiyacı ona mane olub.

“Bu restoranda pişik əti satmazdan əvvəl başqa normal yeməklər və içkilər verirdim. Ancaq gəlir ailəmin yaşayış xərclərini ödəməyə çatmırdı. O zaman mən pişik ətini satmağa başladım, çünki onu təklif edən başqa restoran yox idi”, – iki uşaq atası olan Fam Kuok izah edib.

Xuraman Etibarlı

www.yenicag.az

133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv