!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çirkli pulların “yuyulduğu” SOSİAL PLATFORMA: “Canlı yayım açan istifadəçi ilə sövdələşməyə gedilir və...”

!Reklam – Yazi

“TikTok”da açılan canlı yayımlarda daha çox nalayiq ifadələr, təhqirlər və qeyri-etik davranışların şahidi oluruq”.

Bu fikirləri ən populyar sosial şəbəkələrdən biri olan “TikTok”da açılan canlı yayımların məzmununa və həmin platformadan fərqli məqsədlər üçün istifadə hallarına münasibət bildirən texnobloqer Fərid Pərdəşünas Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, intellektual səviyyəsi yüksək olmayan istifadəçilər qeyri-etik məzmunlu paylaşımları və canlı yayımları sayəsində müəyyən izləyici kütləsi toplayırlar:

“Bu platformada çox faydalı məlumatlar, maarifləndirici videomateriallar paylaşılsa da, canlı yayımlarda havada uçan nalayiq ifadələr, təhqirlər, qeyri-etik davranışlar və görüntülər daha çox izlənilir.

Təəssüf ki, insanlarda məhz belə mövzulara daha çox maraq olur. Düşünürəm ki, bu adi tələb-təklif məsələsidir və orada açılan canlı yayımlarda da əsasən, belə şeylərə baxılır.

Ümumiyyətlə, canlı yayımlar “TikTok”da pul qazanmaq üçün yeganə vasitədir və o insanlar bundan gəlir əldə edirlər. Hətta bu platforma onların aylıq qazanc mənbəyinə çevrilib.

Eyni zamanda, izləyici sayı çox olan istifadəçilər müxtəlif profilli reklamlar da yerləşdirir və yarışlara çıxırlar. Həmin yarışlarda digər istifadəçilər iştirakçılara müxtəlif pullu hədiyyələr göndərirlər. Bu prosesdə hər ay 10-15 min dollar qazananlar da olur. Yığılan vəsaitin tən yarısı şirkətə, digər yarısı isə istifadəçinin özünə qalır.

Həmçinin qeyd edim ki, bir sıra ölkələrdə “TikTok”dan çirkli pulların “yuyulması” üçün geniş istifadə olunur. Bu çərçivədə canlı yayım açan istifadəçi ilə sövdələşməyə gedilir və qanunsuz yolla əldə edilmiş vəsaitlərin “leqallaşdırılması” üçün yayımda çox yüksək məbləğdə pullar sərf olunur”.

Nuray Məmmədzadə

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv