!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

CityNet 1+1 kampaniyasına start verdi

!Reklam – Yazi

 

CityNet müştərilər üçün əlverişli 1+1 kampaniyasına start verdi. Artıq CityNet
xidmətlərinə yeni qoşulan və mövcud tariflərdən birini seçən müştərilər birinci ayın abunə
haqqını ödəyərək ikinci ay seçilmiş tarifdən pulsuz istifadə edəcəklər. Kampaniyadan
www.citynet.az veb saytı vasitəsilə xidmətlərə qoşulmaqla yararlanmaq mümkündür.
Yeni müştərilər şirkətin veb saytında müvafiq məlumatları daxil etməklə üç tarif
paketindən birini seçərək qoşulma sorğusu göndərə və kampaniyadan yararlana bilərlər. Birinci
tarif paketində 40 mbit/s sürətli internet sadəcə 17.99 AZN-ə təqdim edilir. Həm internet, həm
də TV xidmətini əhatə edən ikinci tarif paketində 50 mbit/s sürətli internet və 240 TV kanal
birlikdə istifadəçilərə sadəcə 27.99 AZN-ə təqdim olunur. Vahid paketdə olan üç xidmət – 100
mbit/s internet, 240 TV kanal və ev telefonu xətti xidməti isə CityNet tərəfindən abunəçilərə
sadəcə 37.99 AZN-ə təqdim olunur.
CityNet-dən 1+1 kampaniyası məhdud müddətdə qüvvədə olmaqla yeni qoşulan
abunəçilərə şamil olunacaqdır. Bu səbəbdən internet provayder müştərilərini bu əlverişli
kampaniyadan yararlanmağa çağırır.
Kampaniya CityNet xidmətlərinin aktiv olduğu bütün ərazilərə və həm FTTB, həm də
GPON texnologiyası ilə xidmətlərə qoşulan abunəçilərə şamil edilir.
CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal
olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet
provayderidir. Quraşdırılma xidməti abunəçilərə 24 saat ərzində təqdim edilir.
CityNet-ə yeni qoşulan abunəçilərə istifadə müddətində yeni nəsil TV Box və WiFi ruter
cihazı da pulsuz verilir. Qoşulma şərtləri, yeni və mövcud tariflər, kampaniyalar, texniki dəstək,
xidmətin hər hansı ünvanda mövcudluğu ilə bağlı şirkətin www.citynet.az veb saytında ətraflı
məlumat əldə etmək mümkündür.

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv