!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

CityNet GameSummit festivalının əsas tərəfdaşıdır

!Reklam – Yazi

CityNet internet provayderi Azərbaycanda ilk dəfə baştutacaq kütləvi oyun festivalı olan GameSummit-in əsastərəfdaşıdır.

İyunun 11-də Bakı İdman Sarayında keçiriləcəkGameSummit video oyunları, virtual reallıq, pop mədəniyyəti, komiks digər oxşar maraqların fanatlarını bir arayatoplayacaq. Festival həm onlayn, həm oflayn formatdakeçiriləcək ən müxtəlif əyləncələr vasitəsilə oyun həvəsindənzövq almaq üçün möhtəşəm bir platforma olacaq.

Festival çərçivəsində yarışlar və müxtəlif simulyasiyalar dadaxil olmaqla ən fərqli oyunlar üzrə çempionatlar keçiriləcək. İştirakçılar ən yaxşıların müəyyən ediləcəyi maraqlı turnirlərdəmübarizə apara biləcəklər. Həmçinin, klassik oyunlarınatmosferini yenidən yaratmaq və oyun masalarında stratejidöyüşlərdən həzz almaq üçün retro və stolüstü oyunçempionatları da təşkil olunacaq. Tədbir çərçivəsində hər kəsin unikal oyun təcrübəsi əldə edə və ən son virtual əyləncədən həzz ala biləcəyi VR zonası da təşkil olunacaq.

CityNet-in əsas tərəfdaşlığı ilə ölkəmizdə ilk dəfə baş tutacaq bu kütləvi tədbir hər bir iştirakçının maraqlı oyun dünyasına düşə biləcəyi, emosiyalar və unudulmaz sərgüzəştlər yaşaya biləcəyi bir festivala çevrilməyi hədəfləyib.

CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına keçid edərək və ya *1177 ilə əlaqə saxlayaraqəldə etmək mümkündür.

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv