!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“CityNet”in əsas tərəfdaşlığı ilə “GameSummit” festivalı keçiriləcək

!Reklam – Yazi

“CityNet” internet provayderi Azərbaycanda növbəti dəfə baş tutacaq kütləvi oyun festivalı olan “GameSummit”in əsas tərəfdaşıdır.

Dekabrın 9-da “Flame Towers, Fairmont Baku Hotel”də keçiriləcək “GameSummit” bu dəfə də ölkənin bütün oyun həvəskarları, kospleyerləri eləcə də gik mədəniyyəti və komiks sevən insanlarını bir araya toplayacaq. “GameSummit” “Baku Winter Edition” adı altında keçiriləcək bu festival həm onlayn, həm də oflayn formatda ən müxtəlif əyləncələr vasitəsilə oyun həvəsindən zövq almaq üçün möhtəşəm bir platforma olacaq.

Festival zamanı maraqlı və fərqli simulyatorlar da daxil olmaqla, müxtəlif oyunlar üzrə turnirlər və çempionatlar keçiriləcək. Festival çərçivəsində “CityNet” adlı xüsusi arenada Azərbaycanın ən güclü kiberidman komandalarının iştirakı ilə keçiriləcək “Fortnite”, “Valorant”, CS2, “Dota2”, “League of Legends” kimi oyunların çempionatlarının şou oyunları və final mərhələləri baş tutacaq. Həmçinin, keçmişin məşhur klassik hit oyunlarının atmosferini yenidən yaşadacaq retro və stolüstü oyun çempionatları da təşkil olunacaq. “GameSummit” festivalında ənənəvi olaraq bu dəfə də hər kəsin son virtual əyləncədən həzz ala biləcəyi, tamaşaçını ekran arxasındakı xəyali dünyaya aparan VR zonası ziyarətçilər üçün açıq olacaq.

“CityNet”in əsas tərəfdaşlığı ilə ölkəmizdə artıq ikinci dəfədir ki, keçiriləcək bu kütləvi tədbir hər bir iştirakçının maraqlı oyun dünyasına düşə biləcəyi, emosiyalar və unudulmaz sərgüzəştlər yaşaya biləcəyi bir festivala çevrilməyi hədəfləyib. Qeyd edək ki, “CityNet” bundan öncə iyun ayında bu festivalı əsas tərəfdaş qismində dəstəkləmişdi.

“CityNet” yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına keçid edərək və ya *1177 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv