!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Çıxarış"sız evlərin sığorta problemi: "Mənzillərə dəyən ziyanın ödənməsi..." - Əmlak Eksperti

!Reklam – Yazi

“İcbari sığortalar haqqında” Qanunun tələblərinə əsasən, 2012-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına başlanılıb. Daşınmaz əmlaka görə bir illik icbari sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır.

Daşınmaz əmlakın icbari sığortası sahəsində nəzarəti zəruri edən məqamlarla bağlı əmlak eksperti Elnur Fərzəliyev öz fikirlərini Yenicag.az-la bölüşüb.

Ekspertə görə, sığorta şirkətlərinin qanunvericiliyi çıxarışsız mənzillərin sığortalanmasına imkan vermir. Çıxarışın olmaması isə vətəndaşların evlərini sığortlamasına əngəl törədir:

“Bu gün Bakı şəhərində daşınmaz əmlakların böyük bir hissəsinin çıxarışı yoxdur. Çıxarışı olmayan bir əmlak sığorta predmetinə çevrilə bilmir.

İndiki məqamda Bakıda 500 mindən çox çıxarışı olmayan fərdi həyət evləri, həmçinin çox sayda müqaviləli yeni binalar var. Daşınmaz əmlakların məcburi sığortalanması yalnız alqı-satqı zamanı ola bilər.

Təəssüf ki, daşınmaz əmlakların sığortalanmasında maarifləndirmə işləri çox aşağı səviyyədədir. Mənzillərə dəyən hər hansısa ziyanın ödənməsi üçün sığorta etdirmək ənənəsi ölkəmizdə formalaşmayıb. Halbuki mənzilin sığortası olarsa, dəyən ziyanın dərəcəsindən asılı olaraq, sığorta şirkətləri tərəfindən qarşılanır. Sığorta şirkətləri isə yalnız çıxarışlı yaşayış və qeyri-yaşayış sahələrini sığortalayır.

Dünya təcrübəsində biznes obyektləri ilə yanaşı, fərdi evlərin, çoxmərtəbəli binalarda mənzillərin sığortalanması təcrübəsi var. Ölkəmizdə bu sahənin inkişafı ilə bağlı bütün boşluqlar aradan qaldırılmalı və vətəndaş mülkiyyət hüququna sahib olmalıdır. Bütün əmlaklar çıxarışla təmin edildikdən sonra bu proses məcburi hala çevrilə bilər”.

Gülşən Şərif

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv