!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çiy yeməklə qidalanan uşaq ÖLDÜ: Valideynlər HƏBS OLUNDU - FOTOLAR

!Reklam – Yazi

Çiy yemək yeyən valideynlərin iki yaşlı qızı ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk şəhərində baş verib. Sveta və Denis Jitelev bir neçə ildir ki, xam qida pəhrizi tətbiq edirlər.

2019-cu ildə sosial şəbəkələrdə onlar alternativ müalicənin faydalarını və düzgünlüyünü təbliğ edən “canlı yağ” istehsal etməyə başlayıblar.

Müstəntiqlər müəyyən ediblər ki, 35 yaşlı Denis və 36 yaşlı Svetlana bir neçə il əvvəl ət və balıqdan imtina edərək kiçik qızlarını da eyni şəkildə yedizdiriblər. Onlar uşağa ancaq tərəvəz və meyvə veriblər.

Qızda xroniki yemək pozğunluğu və anemiya inkişaf edib.Uşağa süd məhsulları, ət və balıq verilməyib.

İnkişafında geriliyi olan qız “canlı yağ” ilə müalicə olunub.

Bundan əlavə, valideynlər həkimlərin uşağa yaxınlaşmasına qəti şəkildə icazə verməyiblər və özləri də tibbi yardım istəməyiblər. Onlar alternativ təbabətə üstünlük veriblər.

Körpə ağır xəstələnəndə nə xəstəxanaya aparıblar, nə də təcili yardım çağırıblar və 2 gün sonra körpə ölüb.

Svetlana və Denisə qarşı iki maddə ilə cinayət işi açılıb: “Valideyn öhdəliklərini qəddar rəftarla yerinə yetirməmək” və “təhlükə altında buraxmaq”.

Ailənin daha 4 və 7 yaşlı iki qızı var. Qəyyumluq orqanları ailənin hüquqlarını məhdudlaşdırıb.

Xuraman Etibarlı

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv