!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cizgi filmlərinin uşaqların həyatında rolu: Qorxu, aqressiya, zombiləşmə... - Psixoloqdan HƏYƏCAN TƏBİLİ 

!Reklam – Yazi

“Belə filmlər izlənildiyi, oyunlar oynanıldığı üçün zorakılıq halları artıb”.

Bunu son dövrlər aqressiv davranışlar sərgiləyən uşaqların artmasına münasibət bildirən psixoloq Gülnar Orucova Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, elə personajlar var ki, ona böyüklər baxanda belə vahiməyə düşür, ancaq bu obrazlar yaxşı qəhrəman kimi uşaqlara nümayiş etdirilir:

“Personajlardan təsirlənən uşaqların sosial həyata adaptasiyası çətinləşir.

Məsələn, uşaqların sevimli obrazı olan “Kayu”nun nəyə görə həmişə keçəl olması sualına valdeyinlər cavab tapa bilmir. Və ya bu personajın ideal bir ailə modelinə sahib olması belə bir ailəsi olmayan uşaqlarda yoxluq duyğusunu yarada bilir.

7 yaşadək uşaqlar ölümü dərk etmir, ancaq “Maşa və ayı” çizgi filminin əsasında “Maşa”nın ölümü durur. “Maşa” personajı əslində ayı ilə oynamaq istəyərkən ayının öldürdüyü  bir uşaq olub. Çizgi filmdə isə sanki Maşanın ruhu o evdə qalıb ayıya zülm edir, oradakı heyvanlarla isə dostluq edir. Maşanın valdeynləri isə o evdən köçüb gediblər. Bunu bilən uşaq məyusluq hiss edir, bu da onu depressiyaya sala bilər.

“Peppa Pik” obrazı kilolu olduğu üçün atasını lağa qoyur, bu da uşaqlarda görünüşlərinə görə başqalarını təhqir etmə, alçatma kimi vərdişlər yaradır.

Psixoloq qeyd edib ki, 4 yaşından etibarən uşaqlar gördükləri  personajı təqlid etməyə başlayır.

“Əvvəllər uşaqlar “Spiderman” kimi uçmaq, “Piter Pan” kimi döyüşmək istəyirdilərsə,  indi isə sanki zombiləşməyə doğru gedilir. Uşaqları zombi moduna salan “Minecraft”, “Huggy Wuggy” cizgi filmləri aqressiya mənbəyidir.

“Minecraft”ın görünüşü kifayət edir ki, uşaqların təhtəlşüurunda zombi modeli formalaşsın. “Minecraft” oyunlarına çəkilən çizgi filmlər ümumiyyətlə qadağan olunmalıdır. Orada olan söyüşlər, filmin ümumi məzmunu uşaqda sanki onların normal olduğu fikrini yaradır.

“Minecraft”da olan bir məzmunu deyim: sinifdəki uşaqlardan bir neçəsi zombiyə çevrilib və müəllimi yemək istəyir. Müəllim isə ölməmək üçün onun hər dediyini edir. Buna baxan hansı uşaq sinifdə normal hərəkət edər?! Buna görə də məktəblərdə şagirdlər arasında zorakılıq halları artıb.

“Toka Boka” adlı oyunun Rusiyada çizgi filmi yaradılıb. Filmdə personajların sinifdə bir birini alçaldıb gülməsi, soyunan vaxtı yoldaşlarını videoya çəkməsi dövrümüzün bəlası olan kiberbullingə (kiberzorakılıq) gətirib çıxarır”.

“Uşaqları personajların zərərindən qorumaq məsələsində valideynlərin üzərinə böyük iş düşür.

Cizgi filmlərinə valdeynlər uşaqlardan öncə özləri baxmalı və nəyin real, nəyin uydurma olduğunu uşaqlara müxtəlif yolla anlatmalıdırlar.

Ümumiyyətlə uşaqların televizora baxması günün müəyyən saatlarında olmalıdır. Bəzən valideynlər unudurlar ki, övladları artıq günün bütün hissəsini televizorun qarşısında keçirib. Bu halın bir çox mənfi təsirləri ola bilər”, – deyə G.Orucova qeyd edib.

Xumar Şahin

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv